Əsas Səhifə > FUTBOL > "Barselona" bütün turnirlərdə son 10 ilin ən yaxşı qələbə seriyasına imza atıb
"Barselona" bütün turnirlərdə son 10 ilin ən yaxşı qələbə seriyasına imza atıb12-01-2026, 09:12 |
|
İspaniyanın "Barselona" klubu 2026-cı il İspaniya Superkubokunun final matçında Madrid "Real"ına qalib gələrək bütün turnirlər daxil olmaqla, ardıcıl 10-cu qələbəsini rəsmiləşdirib. Şəffaflıq.az xəbər verir ki, bu, kataloniyalıların son 10 ildəki ən yaxşı nəticəsidir. "Barselona" 2016-cı ildən bəri belə bir seriyaya imza atmamışdı. O zaman onlar 6 yanvar – 7 fevral tarixləri aralığında ardıcıl eyni sayda oyunda qalib gələ bilmişdilər. Cari mövsümdə "Barselona" oyunçuları İspaniya Kubokunda "Qvadalaxara"ya (1:0), Çempionlar Liqasında "Ayntraxt"a (2:1) qalib gəliblər, həmçinin ölkə Superkubokunun iki görüşündə ("Atletik" – 5:0 və "Real" – 3:2) qələbə qazanıblar. Bundan əlavə, kataloniyalıların aktivində La Liqada altı qələbə var. Onların rəqibləri "Alaves" (3:1), "Atletiko" (3:1), "Betis" (5:3), "Osasuna" (2:0), "Vilyarreal" (2:0) və "Espanyol" (2:0) olub. Hans-Diter Flikin komandasına sonuncu məğlubiyyəti 25 noyabr 2025-ci ildə Çempionlar Liqası matçında Londonun "Çelsi" klubu yaşadıb. Həmin vaxt görüş ingilislərin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Geri qayıt |