Əsas Səhifə > Kriminal > Ər arvadını əvvəlcə boğdu, sonra isə boğazını kəsdi — ŞİRVANDA DƏHŞƏTLİ QƏTL

Ər arvadını əvvəlcə boğdu, sonra isə boğazını kəsdi — ŞİRVANDA DƏHŞƏTLİ QƏTL


27-02-2020, 21:44

 

Şirvan rayonunda qətl hadisəsi baş verib.

Şəffaflıq az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hadisə şəhərin Cənub Sənaye qovşağının inzibati binasında qeydə alınıb.

Zəngilan rayon sakini 34 yaşlı Sahib Nağıyev aralarında yaranan mübahisə zamanı 36 yaşlı həyat yoldaşı Pərvanə Nağıyevanı əvvəlcə boğub, sonra isə mətbəxt bıçağı ilə boğazını kəsərək qətlə yetirib.

Hadisədən sonra Sahib Nağıyev cinayət barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Geri qayıt