Əsas Səhifə > Gündəm > Fevralın 28-də Vilayət Eyvazov Şirvanda qəbul keçirəcək
Fevralın 28-də Vilayət Eyvazov Şirvanda qəbul keçirəcək27-02-2020, 19:32 |
Fevralın 28-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Şirvan Şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Şəffaflıq.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Geri qayıt |