Əsas Səhifə > Cəmiyyət > Nikahı və vətəndaşlığı olmayanlar övladlığa uşaq götürə bilməyəcəklər - Fərman
Nikahı və vətəndaşlığı olmayanlar övladlığa uşaq götürə bilməyəcəklər - Fərman27-02-2020, 19:25 |
Övladlığagötürmənin yol verilmədiyi hallar açıqlanıb. Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında deyilir: 3.1. Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda valideynnamizəd tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinə yol verilmir. 3.2. Ailə Məcəlləsinin 120.2-ci maddəsinə uyğun olaraq siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizədin övladlığa uşaq götürməsinə yol verilmir. 3.3. Aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə yol verilmir. 3.4. Ailə Məcəlləsinin 120.4-cü maddəsinə əsasən, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir. Geri qayıt |