Əsas Səhifə > Hadisə > Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub


8-01-2026, 11:59


Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahəsində yanğın törədən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Şəffaflıq.az


Geri qayıt