Əsas Səhifə > Hadisə > Salyanda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
Salyanda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var8-01-2026, 09:35 |
|
Salyanda avtomobilin maneəyə çırpılması nəticəsində dörd nəfər xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun "PMK-9" deyilən ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində Salyan rayon sakinləri; 1979-cu il təvəllüdlü Əhmədova Aynurə Əzizəli qızı, 1988-ci il təvəllüdlü Əzizova Günel Roman qızı, 1991-ci il təvəllüdlü Allahverdiyev Heybət Rafət oğlu və Bakı sakini, 2002-ci il təvəllüdlü Əhmədov Əhməd Aşur oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |