Əsas Səhifə > Hadisə > Bakı metrosunda qatar yoluna düşən sərnişin ölüb
Bakı metrosunda qatar yoluna düşən sərnişin ölüb7-01-2026, 23:12 |
|
Bu gün saat 20:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. "Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda vurğulanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Əlavə məlumatlar təqdim ediləcək. Şəffaflıq.az Geri qayıt |