Əsas Səhifə > Gündəm > Ağ Evdə koronavirus təhlükəsi ilə bağlı - Təcili iclas
Ağ Evdə koronavirus təhlükəsi ilə bağlı - Təcili iclas26-02-2020, 19:53 |
ABŞ-da Prezident Donald Trampın sədrliyi ilə bu gecə koronavirus təhlükəsi ilə bağlı toplantı keçiriləcək. Bu barədə ABŞ Prezidenti Tramp özünün Tvitter hesabında yazıb. Prezident qeyd edib ki, toplantı Ağ Ev-də baş tutacaq. Qeyd edək ki, artıq Çində ortaya çıxan koronavirus dünyanın hər tərəfinə yayılıb. ABŞ koronavirusla mübarizəyə bir milyard dollardan çox vəsait ayırıb. Şəffaflıq.az Geri qayıt |