Əsas Səhifə > Hadisə > Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib
Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib7-01-2026, 11:21 |
|
Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib. Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb. Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E. Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərlənib. R.Əlisultanov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır. Araşdırmalar aparılır. Geri qayıt |