Əsas Səhifə > Gündəm > İranlı deputat: “Koronavirusdan 50 İran vətəndaşı ölüb"

İranlı deputat: “Koronavirusdan 50 İran vətəndaşı ölüb"


26-02-2020, 19:52

 

İran parlamentinin Qum şəhərindən olan deputatı Əhməd Əmirabadı ölkədə koronavirusdan ölənlərin sayınının rəsmi göstəricidən qat-qat artıq olduğunu iddia edib.

Şəffaflıq.az "Ölkə.Az"-a istinadən xəbərinə görə o bildirib ki,  “Covid-19” koronavirusundan ölənlərin sayı 50 nəfərdir, ancaq Tehran reallığı gizlədir.

İran Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, (Covid-19) koronovirusundan 19 nəfər dünyasını dəyişib.


Geri qayıt