Əsas Səhifə > Hadisə > Gəncədə 23 yaşlı gənc bıçaqlanaraq öldürülüb, şübhəli şəxs tutulub
Gəncədə 23 yaşlı gənc bıçaqlanaraq öldürülüb, şübhəli şəxs tutulub7-01-2026, 10:12 |
|
Gəncə şəhərində 23 yaşlı gənc bıçaqlanaraq öldürülüb. Şəffaflıq.az-ın məlumatına görə, Gəncə şəhər ərazisində mübahisə zəminində 2003-cü il təvəllüdlü Zamir Rzayev bıçaq zərbəsi ilə qətlə yetirilib. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, qətli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 17 yaşlı şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalara başlanılıb. Geri qayıt |