Əsas Səhifə > SİYASƏT / Hadisə > Ağsuda minik avtomobili idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var
Ağsuda minik avtomobili idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var7-01-2026, 10:08 |
|
Ağsuda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Şəffaflıq.az xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun rayonun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində avtomobildə olan Balakən rayon sakini, 24 yaşlı Kəmalə Orucova hadisə yerində ölüb. Xəsarət alan sürücü, 32 yaşlı Faiq Şükür oğlu Orucov və digər şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Geri qayıt |