Əsas Səhifə > Hadisə > Bakıda avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan gənci vuraraq öldürüb
Bakıda avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan gənci vuraraq öldürüb7-01-2026, 09:55 |
|
Bakıda avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan şəxsi vuraraq öldürüb. Şəffaflıq.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Süleymanov Toğrul Firdovsi oğlu idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Əmirov Kənan Şəmsəddin oğlunu vurub. Kənan Əmirov aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. Geri qayıt |