Əsas Səhifə > Mədəniyyət > Cəlilabadda qədim saxsı qablar tapılıb
Cəlilabadda qədim saxsı qablar tapılıb6-01-2026, 13:35 |
|
Cəlilabad rayonunda qədim saxsı qablar aşkar olunub. Şəffaflıq.az-ın məlumatına görə, rayonun Şatırlı kəndindən keçən çay kənarında sakinlər tərəfindən təsadüfən iki qədim saxsı qab tapılıb. Tarixçi Elşad Əmənovun sözlərinə görə, tapıntıların Eneolit dövrünə aid olduğu güman edilir: "Çünki həmin dövrə aid oxşar qab nümunələri mövcuddur". Qeyd olunub ki, tapılan qablar Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək. Geri qayıt |