Əsas Səhifə > Hadisə > Ötən ay sərhəddə 5 milyon manatdan çox qaçaqmal tutulub
Ötən ay sərhəddə 5 milyon manatdan çox qaçaqmal tutulub6-01-2026, 12:14 |
|
Ötən ay dövlət sərhədində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32,289 min manat оlan qaçaqmal tutulub. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, ötən ay ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə və 1548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Geri qayıt |