Əsas Səhifə > FUTBOL > "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqiblərindən daha biri bəlli olub
"Turan Tovuz"un yoxlama oyunlarındakı rəqiblərindən daha biri bəlli olub6-01-2026, 12:01 |
|
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" komandasının yoxlama oyunlarındakı rəqiblərindən daha biri bəlli olub. Klubdan "Report"a verilən məlumata görə, qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın "Hermanştadt" kollektivi ilə üz-üzə gələcək. "Turan Tovuz" növbəti görüşünü yanvarın 17-də Polşa təmsilçisi "Poqon"a qarşı keçirəcək. Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" komandasının yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub. "Report"un əldə etdiyi məlumata görə, qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın "Hermanştadt" kollektivi ilə üz-üzə gələcək. "Turan Tovuz" növbəti görüşünü yanvarın 17-də keçirəcək. Həmin matçdakı rəqibin adına bu gün aydınlıq gələcək. Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq. Geri qayıt |