Əsas Səhifə > FUTBOL > İngiltərə Premyer Liqası: "Tottenhem" "Sanderlend"lə heç-heçə edib

İngiltərə Premyer Liqası: "Tottenhem" "Sanderlend"lə heç-heçə edib


4-01-2026, 23:59


İngiltərə Premyer Liqasının XX turunda "Tottenhem" və "Sanderlend" komandaları arasında keçirilən oyun başa çatıb.

Şəffaflıq.az-ın məlumatına görə, oyun "Tottenhem Hotspur" stadionunda (London, İngiltərə) keçirilib. Matçı hakim Stüart Atvell idarə edib. Qarşılaşma 1-1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda ilk qolu 30-cu dəqiqədə "Tottenhem"in müdafiəçisi Ben Devis vurub. İkinci hissənin 80-ci dəqiqəsində qonaqların hücumçusu Brayan Brobbi hesabı bərabərləşdirib.

"Tottenhem" İngiltərə Premyer Liqasında 20 oyundan sonra turnir cədvəlində 27 xalla 10-cu yerdədir. "Sanderlend" 30 xalla yeddinci yerdə qərarlaşıb.


Geri qayıt