Əsas Səhifə > Hadisə > Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb


Bu gün, 14:21


Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi Nicat Namiq oğlu Rəhimov Bosniya və Herseqovinada saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən dələduzluqda təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.


Geri qayıt