Əsas Səhifə > REGİON > Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Putin hərbi çağırış haqqında sərəncam imzalayıbDünən, 23:56 |
|
2026-cı ildən etibarən Rusiya vətəndaşlarının həqiqi hərbi xidmətə çağırış ilboyu olacaq. Şəffaflıq.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb. Bununla belə, xidmət yerinə göndərilmə ildə iki dəfə - 1 aprel-15 iyul və 1 oktyabr-31 dekabr tarixlərində həyata keçiriləcək. Sənədə əsasən, ehtiyatda olmayan və hərbi xidmətə cəlb edilməli olan 18-30 yaş arası 261 min nəfərin çağırışı da planlaşdırılıb. Geri qayıt |