Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında yeni telefon danışığının təfərrüatlarını açıqlayıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında yeni telefon danışığının təfərrüatlarını açıqlayıb.Dünən, 23:21 |
|
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında yeni telefon danışığının təfərrüatlarını açıqlayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya KİV yazır. "Donald Tramp və bu danışıqda iştirak edən onun əsas müşavirləri dünən Mar-a-Laqoda Ukrayna nümayəndə heyəti ilə aparılan danışıqların əsas nəticələri barədə ətraflı məlumat verdilər", - Kreml nümayəndəsi bildirib. Uşakov vurğulayıb ki, bu danışıqlar zamanı ABŞ tərəfi müvəqqəti atəşkəs olmadan, Ukrayna tərəfinin israr etdiyi kimi deyil, müharibənin tam başa çatdırılmasına yönəlmiş mövqeyini ifadə edib. Prezidentin köməkçisinin sözlərinə görə, Putin həmçinin Trampa Ukrayna Silahlı Qüvvələrinin Novqorod vilayətindəki dövlət iqamətgahına pilotsuz aparatlarla hücumu barədə məlumat verib. Tramp qeyd edib ki, ABŞ administrasiyası Ukraynaya bu cür hücumlar üçün silah verməyib. Ukrayna lideri Volodimir Zelenski isə öz bəyanatında bu ittihamları rədd edib. "Vladimir Putin vurğulayıb ki, Rusiya tərəfi sülhə nail olmaq üçün yollar tapmaq məqsədilə amerikalı tərəfdaşları ilə sıx və məhsuldar şəkildə işləməyə davam etmək niyyətindədir. Lakin əvvəlki mərhələdə əldə edilmiş bir sıra razılaşmalar və ortaya çıxan həll yolları ilə bağlı Rusiyanın mövqeyi təbii ki, yenidən nəzərdən keçiriləcək. Bu, çox aydın şəkildə bildirilib", - Uşakov qeyd edib. Xatırladaq ki, 28 dekabrda Tramp Zelenskini Florida ştatındakı Mar-a-Laqo malikanəsində qəbul edib. Geri qayıt |