Əsas Səhifə > FUTBOL > "Kəpəz" qış fasiləsində 2 yoxlama oyunu keçirəcək
"Kəpəz" qış fasiləsində 2 yoxlama oyunu keçirəcəkDünən, 23:11 |
|
"Kəpəz"in qış hazırlıq planı bəlli olub. Klubdan "Report"a verilən məlumata görə, komanda yanvarın 3-də Gəncədə təlim-məşq toplanışına başlayacaq. Hazırlıq prosesi qış fasiləsi başa çatana kimi davam edəcək. Bu müddət ərzində "sarı-göylər" 2 yoxlama oyununa çıxacaq. Gəncə kollektivi yanvarın 10-da səfərdə "Qəbələ" ilə 1 həftə sonra isə Yevlaxda "Karvan-Yevlax"la qarşılaşacaq. Şəffaflıq.az Geri qayıt |