Əsas Səhifə > SAĞLAMLIQ > Yeni Klinikada 90 yaşlı pasiyent üzərində yüksək riskli əməliyyat uğurla icra edilib
Yeni Klinikada 90 yaşlı pasiyent üzərində yüksək riskli əməliyyat uğurla icra edilibDünən, 22:53 |
|
Yeni Klinikaya sol bud-çanaq nahiyəsində bud sümüyünün burmalar səviyyəsində yerdəyişmiş sınığı diaqnozu ilə müraciət edən 90 yaşlı qadın pasiyent üzərində uğurlu cərrahi əməliyyat icra olunub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Yeni Klinika məlumat yayıb. Bildirilib ki, anestezioloq-reanimatoloq Lalə Əliyeva və komandasının iştirakı ilə həkim-travmatoloq Tural Behbudsoy tərəfindən Xidmətlər Zərfi çərçivəsində bud sümüyünün qapalı reduksiyası və daxili fiksasiya implantı (PFNA) ilə fiksasiyası əməliyyatı icra olunub. Pasiyentin yaşı və mövcud yanaşı xəstəlikləri əməliyyatın yüksək risk daşımasına səbəb olsa da, cərrahi müdaxilə peşəkar tibbi komanda tərəfindən uğurla həyata keçirilib. Əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyəti stabil qiymətləndirilib və əməliyyatdan bir gün sonra aktivləşdirilərək erkən reabilitasiya mərhələsinə başlanılıb. Geri qayıt |