Əsas Səhifə > MALİYYƏ > Azərbaycan manatının nominal və real effektiv məzənnələri noyabrda artıb
Azərbaycan manatının nominal və real effektiv məzənnələri noyabrda artıbBu gün, 15:09 |
|
Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,4 bənd təşkil edib. Şəffaflıq.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 0,5 bənd çox, ilin əvvəlinə nisbətən 5,8 bənd, ötən ilin dekabrın 1-i ilə müqayisədə 4,1 bənd azdır. Dekabrın 1-nə manatın real effektiv məzənnəsi 116,3 bənd təşkil edib. Bu isə noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,9 bənd çox, ilin əvvəlinə nisbətən 8,8 bənd, ötən il dekabrın 1-i ilə müqayisədə isə 6,3 bənd azdır. Geri qayıt |