Əsas Səhifə > FUTBOL > İngiltərə klubunun stadionunun tribunalarına keçmiş futbolçusunun adı veriləcək
İngiltərə klubunun stadionunun tribunalarına keçmiş futbolçusunun adı veriləcək27-12-2025, 09:24 |
|
İngiltərənin "Nottingem Forest" klubunun ev oyunlarını qəbul etdikləri "Siti Qround" stadionun tribunalarına keçmiş futbolçu, UEFA Çempionlar Liqasının ikiqat qalibi Con Robertsonun adı veriləcək. Şəffaflıq.az-ın məlumatına görə bunu klubun sahibi Evangelos Marinakis mətbuat xidmətinə açıqlamasında deyib. C.Robertson dekabrın 25-də 73 yaşında vəfat edib. Qeyd edək ki, keçmiş futbolçu 1979 və 1980-cı illərdə "Nottingem Forest"in heyətində UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. Geri qayıt |