Əsas Səhifə > FUTBOL > Altıqat Almaniya çempionu "Napoli"yə keçə bilər
Altıqat Almaniya çempionu "Napoli"yə keçə bilərBu gün, 09:33 |
|
"Bavariya" klubunun heyətində 6 dəfə Almaniya çempionu olan Leon Qoretska İtaliya təmsilçisi "Napoli"yə transfer oluna bilər. Şəffaflıq.az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, hazırkı ölkə çempionu 30 yaşlı yarımmüdafiəçi ilə ciddi maraqlanır. Münhen komandasının yanvarda onu satmaq ehtimalı azdır. Buna baxmayaraq, almaniyalı futbolçunun klubla müqaviləsinin müddəti yayda başa çatacaq. Qeyd edək ki, Leon Qoretska 2018-ci ildən "Bavariya"da oynayır. Geri qayıt |