Əsas Səhifə > XARİCİ XƏBƏR > Britaniya keçmiş şahzadə Endryunun mümkün cinayətləri ilə bağlı FTB-dən məlumat istəyəcək
Britaniya keçmiş şahzadə Endryunun mümkün cinayətləri ilə bağlı FTB-dən məlumat istəyəcəkBu gün, 09:23 |
|
İngiltərənin Surrey şəhər polisi ABŞ-nin Federal Təhqiqat Bürosundan (FTB) Kral III Çarlzın qardaşı şahzadə Endryunun yetkinlik yaşına çatmayanların zorakılığa məruz qaldığı iddia edilən mərasimlərdə mümkün iştirakını araşdırmağı xahiş etmək niyyətindədir. Şəffaflıq.az-ın "The Times" qəzetinə istnadən məlumatına görə, sorğuya amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin açıqlanması səbəb olub. Sənədlərdə şahzadə Endryunun İngiltərədə törədildiyi iddia edilən cinayətlərdə adı hallandırılır. Surrey polisi bildirib ki, əvvəllər bu iddialarla bağlı heç bir rəsmi şikayət almayıblar. "Bu cinayətlər haqqında məlumatların Surrey polisinə ötürüldüyünə dair heç bir dəlil tapmamışıq. Buna görə də senzura edilmiş materiallara çıxış əldə etmək üçün üçüncü tərəflərə müraciət edəcəyik", - hüquq-mühafizə orqanının açıqlamasında deyilir. Geri qayıt |