Əsas Səhifə > FUTBOL > İtaliya klubunun futbolçusu "İnter" və ya "Yuventus"a keçə bilər
İtaliya klubunun futbolçusu "İnter" və ya "Yuventus"a keçə bilərBu gün, 15:12 |
|
"Hellas Verona"nın futbolçusu Rafik Belqali İtaliyada klubunu dəyişə bilər. "Report" yerli mətbuata istinadən xəbər verir ki, "İnter" və "Yuventus" 23 yaşlı vingerlə maraqlanır. Milan təmsilçisinin skautları artıq onun oyunlarını da izləyiblər. Əlcəzair yığmasının üzvünün Afrika Millətlər Kubokunda çıxışının gələcək karyerasında həlledici rol oynayacağı gözlənilir. Qeyd edək ki, Rafik Belqali cari mövsüm 18 matçda iki qolla yadda qalıb. Geri qayıt |