Əsas Səhifə > Hadisə > Siyəzəndə avtomobildə yanğın olub, 2 yaşlı uşaq ölüb

Siyəzəndə avtomobildə yanğın olub, 2 yaşlı uşaq ölüb


Bu gün, 13:03


Siyəzəndə avtomobildə yanğın olub, iki yaşlı uşaq ölüb.

Şəffaflıq.az xəbər verir ki, dekabrın 24-ü saat 14 radələrində Böyük Həmyə kəndinin ərazisində kənd sakini 1991-ci il təvəlüdlü Hüseynağa Seyfəl oğlu Bağırova məxsus "VAZ-2107" markalı avtomobildə yanğın baş verib.

Avtomobilin konstruksiyaları yanıb, içəridə olan H.Bağırovun 2023-cü il təvəlllüdlü oğlu ölüb.

Araşdırma aparılır.


Geri qayıt