Əsas Səhifə > SAĞLAMLIQ > Qaradağda iki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi başlanılıb
Qaradağda iki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi başlanılıbBu gün, 12:56 |
|
Qaradağda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb. Belə ki, "Suzuki" markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtobusla toqquşub. Hadisə nəticəsində "Mercedes" markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır. Şəffaflıq.az Geri qayıt |