Əsas Səhifə > SİYASƏT > Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidentini təbrik edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidentini təbrik edibBu gün, 15:14 |
|
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Şəffaflıq.az-ın məlumatına görə, təbrikdə deyilir: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuruq. Uzaqgörən liderliyiniz, Azərbaycanın inkişafına sarsılmaz sadiqliyiniz və beynəlxalq arenada prinsipial mövqeyiniz dünyada Sizə dərin hörmət və rəğbət qazandırıb. Sizin rəhbərliyinizlə Azərbaycan suverenliyini möhkəmləndirib, inklüziv iqtisadi artımı təmin edib, dialoq, çoxtərəfli əməkdaşlıq və regional əlaqələrin təşviqində etibarlı tərəfdaş kimi tanınıb. Sülhə, sabitliyə və davamlı inkişafa sadiqliyinizi, eləcə də Azərbaycanın qlobal gündəmlərə, xüsusən də enerji keçidi, iqlim tədbirlərinə və mədəniyyətlərarası dialoqa verdiyi konstruktiv töhfələri yüksək qiymətləndiririk. Bu işlər Nizami Gəncəvinin humanizmi və müdrikliyindən ilhamlanan Mərkəzimizin missiyası ilə tam şəkildə uyğundur. Bu əlamətdar gündə Sizə cansağlığı, davamlı uğurlar və firavanlıq arzulayırıq. Azərbaycan xalqına xidmət etməyə, qlobal sülhə və əməkdaşlığa töhfə verməyə davam edəcəyiniz qarşıdakı illərdə Sizə güc-qüvvət, tükənməz enerji diləyirik. 2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumunda Sizinlə görüşməyi səbirsizliklə gözləyirik. Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik". Qeyd edək ki, təbrik məktubu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti İsmail Serageldin, BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, 2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri Mariya Fernanda Espinoza, 2000-2012-ci illərdə Finlandiyanın Prezidenti Tarya Halonen, 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiç, 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti Rosen Plevneliyev, 2008, 2009-2011-ci illərdə Belçika Krallığının Baş naziri İv Leterme, 2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi Əmr Musa, 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti İvo Yosipoviç, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri Zlatko Laqumciya, 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov, 2006-2009-cu illərdə İsrailin xarici işlər naziri Tzipi Livni, "Fortescue Ltd" şirkətinin Direktorlar Şurasının üzvü, "ExxonMobil" şirkətinin sabiq vitse-prezidenti Jan Baderşneyder, 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç, 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvili, Çinin Tsinxua Universiteti Şvarzman kollecinin baş dekanı David Pan və Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Suzan Elliot tərəfindən ünvanlanıb. Geri qayıt |