Əsas Səhifə > SİYASƏT > Bakı və Tequsiqalpa ÜTT üzrə ikitərəfli danışıqları yekunlaşdırıb

Bakı və Tequsiqalpa ÜTT üzrə ikitərəfli danışıqları yekunlaşdırıb


Bu gün, 15:07


Bu gün Azərbaycan və Honduras Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması prosesi çərçivəsində ikitərəfli danışıqlar barədə protokol imzalayıb.

Bu barədə Şəffaflıq.az Azərbaycanın Cenevrədəki BMT ofisi yanında daimi nümayəndəliyinin ofisinə istinadən xəbər verir.

Sənədi Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və Hondurasın ÜTT yanında səfiri Kastilyo Dasio imzalayıb.

Honduras Azərbaycanın ÜTT-yə daxil olmaq üçün danışıqları başa çatdırdığı yeddinci ölkədir. Bundan əvvəl eyni protokol 2007-ci ildə Türkiyə, 2008-ci ildə – Oman və Birləşmiş Ərəb Əmirlikləri, 2010-cu ildə – Gürcüstan, 2012-ci ildə – Qırğızıstan, 2024-cü ildə – Yaponiya ilə imzalanıb.

Azərbaycan ÜTT üzvlüyü üçün 1997-ci ildə müraciət edib.


Geri qayıt