Əsas Səhifə > REGİON > Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi saxlanılıb
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi saxlanılıbBu gün, 11:28 |
|
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvili Baş Prokurorluqda dindirilmək üçün çağırılıb. Şəffaflıq.az xəbər verir ki, Liluaşvili jurnalistlərə açıqlamasında hansı konkret cinayət işi üzrə adə verməyə dəvət olunduğunu bilmədiyini deyib. Dindirilmədən sonra onun cavabdeh statusu ala bilib-bilməyəcəyi ilə bağlı suala isə Liluaşvili belə cavab verib: "Hər şey Allahın iradəsidir". Bir qədər sonra Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze Prokurorluqda keçirilən brifinqdə Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvilinin saxlanıldığını açıqlayıb. Baş prokurorun sözlərinə görə, Liluaşvili dindirilmək üçün prokurorluğa gəlib və istintaq hərəkətləri hazırda davam etdirilir. Saxlanılmanın hansı maddə üzrə həyata keçirildiyi barədə əlavə məlumat verilməyib. Geri qayıt |