Əsas Səhifə > Hadisə > Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir
Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinirDünən, 09:33 |
|
Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb. Şəffaflıq.az məlumat verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şahmuradov Tunar Rəşad oğlu münaqişə zəminində bıçaq xəsarətləri alıb. Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Adıgözəlli Nicat Teymur oğlu şübhəli şəxs qismində saxlanılıb. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 17:30 radələrindəTəcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Geri qayıt |