Əsas Səhifə > SİYASƏT > Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir16-12-2025, 10:54 |
|
Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayı keçirilir. Şəffaflıq.az xəbər verir ki, tədbirdə AHİK-in rəhbər heyəti və nümayəndələri, nazirlər, bir sıra dövlət qurumlarının nümayəndələri, deputatlar, ölkənin siyasi-ictimai xadimləri və xarici qonaqlar iştirak edirlər. Qurultayda hesabat məruzələrinin dinlənilməsi, gündəlikdə duran məsələlərin müzakirəsi və bir sıra qərarların qəbul edilməsi nəzərdə tutulur. Qurultayın gündəliyinə AHİK-in 2018-2025-ci illər üzrə fəaliyyəti haqqında hesabat, Təftiş Komissiyasının hesabatı, yeni nizamnamə layihəsinin və qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi daxil edilib. Geri qayıt |