Əsas Səhifə > REGİON > Türkiyənin hava məkanına yaxınlaşan PUA F-16 qırıcıları vasitəsilə zərərsizləşdirilib
Türkiyənin hava məkanına yaxınlaşan PUA F-16 qırıcıları vasitəsilə zərərsizləşdirilib16-12-2025, 10:07 |
|
Qara dəniz istiqamətindən hava məkanına yaxınlaşan, idarəetmədən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatı (PUA) F-16 qırıcıları tərəfindən vurularaq zərərsizləşdirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hava hədəfi mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb. Hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarət sistemində olan F-16 qırıcılarına döyüş hazırlığı tapşırığı verilib. Onun idarəetmədən çıxmış pilotsuz uçuş aparatı olduğu müəyyən edilib və mümkün risklərin qarşısını almaq üçün yaşayış məntəqələrindən kənarda, təhlükəsiz ərazidə vurularaq məhv edilib. Geri qayıt |