Əsas Səhifə > Dünya > Ermənistan İranla sərhədini bağlamaq istəyir...
Ermənistan İranla sərhədini bağlamaq istəyir...23-02-2020, 19:55 |
Ermənistan hakimiyyəti koronavirusun qarşısını almağın bütün variantlarını müzakirə edirlər. Bunu erməni mediasına Ermənistan parlamentinin səhiyyə komitəsinin üzvü Narek Zeynalyan bildirib. Şəffaflıq.az erməni mətbuatına istinadən xəbər verir ki, Zeynalyan nəzərdən keçirilən variantlar arasında İran-Ermənistan sərhədindəki Mehri gömrük məntəqəsinin bağlanması məsələsinin də olduğunu qeyd edib. İranda koronavirusa yoluxma ilə bağlı artıq 43 faktın qeydə alınması, ölü sayının isə 10-a çatması qonşu dövlətləri hərəkətə keçməyə vadar edib. Mehri dəhlizini “nəfəslik” hesab edən Ermənistan rəsmiləri də virusdan xilas olmaq üçün sərhədi bağlamaq variantı üzərində baş sındırırlar. Bazar günü N.Zeynalyan Ermənistan baş nazirinin müavini Tiqran Avinyanla görüşüb və durumu onunla müzakirə edib. Parlament üzvü deyib ki, görüşdə virusdan xilas olmaq üçün bütün varinatlar müzakirə edilib, o cümlədən Mehri gömrük məntəqəsinin müvəqqəti qapadılması. Xatırladaq ki, Ermənistan 23 fevralda İrandakı səfirliyin konsulluq şöbəsini müvəqqəti qapadıb, vətəndaşların qeydiyyatı və qəbulu işlərini dayandırıb. Bundan əlavə, Ermənisatn XİN zərurət olmadıqda koronavirus təhlükəsi ilə əlaqədar İrana səfər etməməyə çağırıb. Eyni zamanda şənbə günündən başlayaraq Mehri tibb mərkəzi buraxılış məntəqəsində gücləndirilmiş iş rejimində çalışmağa başlayıb. “Koronavirusun qarşısını almaq üçün İran-Ermənistan sərhədi dərhal bağlanmalıdır”. Bunu isə politoloq Armen Minosyan deyib və hakimiyyəti təcili qərar verməyə çağırıb. “İranla sərhədi başlayın! Mən söz verirəm, sizi tərifləyən yazı yazacağam”, politoloq əlavə edib. Geri qayıt |