Əsas Səhifə > MALİYYƏ > Şahin Bağırov Zaqatalada vətəndaşları qəbul edib
Şahin Bağırov Zaqatalada vətəndaşları qəbul edib15-12-2025, 14:52 |
|
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Zaqatala rayonunda vətəndaşlar üçün qəbul keçirib. Şəffaflıq.az komitəyə istinadən xəbər verir ki, Zaqatala şəhər Heydər Əliyev Mərkəzində Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bu rayonların sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Geri qayıt |