Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İranın XİN rəhbəri Moskvaya səfər edəcək

İranın XİN rəhbəri Moskvaya səfər edəcək


15-12-2025, 13:56


İranın xarici işlər naziri Abbas Əraqçi dekabrın 17-si Moskvaya səfər edəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.

"Səfər zamanı onun Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqları planlaşdırılıb", - bəyanatda deyilib.

Həmçinin qeyd olunub ki, tərəflər İran nüvə proqramı ətrafında vəziyyət də daxil olmaqla, aktual beynəlxalq problemləri ətraflı müzakirə etmək, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlərlə bağlı fikir mübadiləsi aparmaq niyyətindədirlər.


Geri qayıt