Əsas Səhifə > MALİYYƏ > "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC Müşahidə Şurasının tərkibi təsdiq edilib
"Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC Müşahidə Şurasının tərkibi təsdiq edilib15-12-2025, 13:52 |
|
Prezident İlham Əliyev "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb. Şəffaflıq.az-ın məlumatına görə, Sərəncama əsasən, Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib: Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Müşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini. Geri qayıt |