Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İraqın sabiq prezidenti BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olacaq
İraqın sabiq prezidenti BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olacaq12-12-2025, 15:24 |
|
İraqın sabiq Prezidenti Bərham Saleh BMT-nin yeni Qaçqınlar üzrə Ali Komissarı olacaq. "Report" "Reuters"a istinadən xəbər verir ki, bu barədə BMT-nin saytında dərc edilmiş müvafiq sənəddə deyilir. Agentlik qeyd edib ki, qəbul edilən qərar bu vəzifəyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına ən çox pul ayıran ölkələrin nümayəndələrini təyin etmək ənənəsini pozur. B.Saleh bu vəzifəni 2016-cı ildən tutan italiyalı Filippo Qrandini əvəz edəcək. O, 5 il müddətinə nəzərdə tutulan vəzifəsinin icrasına 2026-cı ilin yanvarından başlayacaq. Sənədə əsasən, Bərham Salehin təyinatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməlidir. Qeyd edək ki, Bərham Saleh 2018-2022 illərində İraqın Prezidenti olub. Geri qayıt |