Əsas Səhifə > Mədəniyyət / SİYASƏT > Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri təşkil olunacaq
Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri təşkil olunacaq12-12-2025, 14:45 |
|
Azərbaycanda 13-20 dekabr tarixlərində Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə Özbəkistan Mədəniyyət Nazirliyinin məlumatında deyilir. "Mədəniyyət günləri çərçivəsində 13-20 dekabr tarixlərində Bakıda və Füzulidə incəsənət ustalarının iştirakı ilə konsert proqramlarının, həmçinin "Yeni Özbəkistan" adlı fotosərginin təşkil olunması planlaşdırılır", - məlumatda bildirilir. Qeyd edək ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Geri qayıt |