Əsas Səhifə > SİYASƏT > ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana səfər edəcək12-12-2025, 11:50 |
|
Gələn ilin fevral ayında ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Şəffaflıq.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında bildirib. "ABŞ Ticarət Palatasının vitse-prezidenti Cenifer Miel və aparıcı enerji şirkətləri ilə enerji gündəliyimizdə yer alan layihələr və potensial əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi apardıq. Ticarət Palatası enerji əməkdaşlığının genişləndirilməsinə maraq göstərir", - nazir vurğulayıb. Geri qayıt |