Əsas Səhifə > Cəmiyyət > Dini vacibatları 3 dəstəyə bölmək olar:

Dini vacibatları 3 dəstəyə bölmək olar:


23-02-2020, 00:02
 Dini vacibatları 3 dəstəyə bölmək olar:
1. Etiqadi vacibatlar. Yəni, hər bir müsəlmana vacibdir ki, dinin üsuluna etiqad bəsləsin. Əks halda dindən xaric olar. "Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Qur'an vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir". ("Bəqərə" 256).
2. Dini vacibatlar.Şəffaflıq.az deyerler.org-a istinadən bildirir ki, yəni, hər bir müsəlman üsuli etiqada malik olandan sonra gərək dinin qanunlarına, daha doğrusu firuiddinə əməl etsin. "Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və ağılın müharibə barəsindəki çərçivə və qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh müqaviləsi bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin və malları səbəbsiz tələf etməyin). Allah həddi aşanları sevmir". ("Bəqərə" 190).
3. Əxlaqi vacibatlar. Hər bir müsəlmana lazımdır ki, İslam dininin tövsiyə etdiyi əxlaqi vacibatlara əməl etsin. Misal üçün, əmanətdarlıq mövzusunda deyə bilərik ki, əgər sənin yanında əmanət qoyulubdursa, gərək onu qoruyasan və yiyəsi səndən istəyən zaman gərək onu dərhal qaytarasan.
"Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr, (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara "uf" demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de". ("İsra" 23).
Beləliklə deyə bilərik ki, vacib əməlləri üç dəstəyə bölmək olar: etiqadi, əhkami və əxlaqi vacibatlara. Hər kim bu vacibatlara əməl edərsə, həqiqi müsəlman hesab olunar.
Əks halda vacibatlarda səhlənkarlıq və süstlük etmiş olar ki, dinimiz bu cür əməlləri bəyənmir, əksinə məzəmmət edir. Ona görə də hər bir müsəlman gərək bu 3 vacibatı yerinə yetirsin.


Geri qayıt