Əsas Səhifə > ELM VƏ TƏHSİL > NASA Mars orbitində öz kosmik gəmisi ilə əlaqəni itirib

NASA Mars orbitində öz kosmik gəmisi ilə əlaqəni itirib


11-12-2025, 09:41


Marsın atmosferini tədqiq edən "Mars Atmosphere and Ventures" (MAVEN) kosmik gəmisi ilə əlaqə kəsilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.

Qeyd olunub ki, Marsın orbitinə çıxmazdan əvvəl kosmik gəminin bütün sistemləri normal işləyib.

Lakin MAVEN planetin qaranlıq tərəfini keçərkən, NASA kosmik rabitə şəbəkəsinin siqnalını itirib.

"Kosmik gəmilər və missiya qrupları səbəbi müəyyən etmək üçün anomaliyanı araşdırır", - məlumatda deyilir.


Geri qayıt