Əsas Səhifə > FUTBOL > Salah Ronaldu ilə komanda yoldaşı ola bilər
Salah Ronaldu ilə komanda yoldaşı ola bilər10-12-2025, 16:59 |
|
İngiltərənin "Liverpul" klubunun və Misir millisinin futbolçusu Məhəmməd Salah Kriştianu Ronaldu ilə komanda yoldaşı ola bilər. Şəffaflıq.az "The Telegraph"a istinadən xəbər verir ki, portuqaliyalı forvardın çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası 33 yaşlı hücumçunu heyətinə cəlb etmək niyyətindədir. Bu ölkənin "Əl-Hilal", "Əl-İttihad", "Əl-Əhli" və "Əl-Qadisiya" klubları da Salahla maraqlanır. Oyunçunun hazırda Mersisayd təmsilçisində işləri qaydasında getmir. O, UEFA Çempionlar Liqasının əsas mərhələsində "İnter"ə İtaliyada qalib gəldikləri matçı (1:0) da buraxıb. Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Geri qayıt |