Əsas Səhifə > SİYASƏT > XİN rəhbəri: Azərbaycanla İran arasında bir sıra sahələrdə yol xəritəsi hazırlanacaq

XİN rəhbəri: Azərbaycanla İran arasında bir sıra sahələrdə yol xəritəsi hazırlanacaq


Dünən, 14:31


Yaxın gələcəkdə Azərbaycan və İran arasında yeni layihələr elan olunacaq.

Şəffaflıq.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nazirlər bu gün icrası başlayan və bitmək üzrə olan layihələr barədə müzakirələr aparıblar:

"Ölkə başçısı iqtisadi sahədə olduğu kimi, digər sahələrdə də geniş yol xəritəsinin hazırlanması fikrini səsləndirdi. Həmkarımla bu barədə danışıqlar apardıq və razılaşdıq ki, bunu ən qısa zamanda yerinə yetirməliyik".


Geri qayıt