Əsas Səhifə > Hadisə > Ötən həftə baş vermiş qəzada xəsarət alan sürücü xəstəxanada ölüb
Ötən həftə baş vermiş qəzada xəsarət alan sürücü xəstəxanada ölübDünən, 14:23 |
|
Bakı–Quba yolunda ötən həftə baş vermiş avtomobil qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb. Şəffaflıq.az-ın məlumatına görə, dekabrın 1-də Bakı–Quba magistral yolunun Yaşma kəndi yaxınlığından keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 1972-ci il təvəllüdlü Sabir Bədəlov ağır bədən xəsarətləri alıb. O, təcili olaraq Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq dekabrın 8-də həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |