Əsas Səhifə > Hadisə > İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıbDünən, 12:50 |
|
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini – 2004-cü il təvəllüdlü Zərgərov Tayfur Xəyal oğlu və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Aslanov Ayxan Rövşən oğlu şübhəli şəxs qismində saxlanılıb, 4 kiloqram 330 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Şəffaflıq.az Geri qayıt |