Əsas Səhifə > Hadisə > Bakı-Qazax magistralında avtomobil qəzası olub, xəsarət alanlar var
Bakı-Qazax magistralında avtomobil qəzası olub, xəsarət alanlar varDünən, 12:41 |
|
Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb. Qəza nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Şamilsoy, Goranboy rayon sakinləri, 2006-cı il təvəllüdlü Aytac Bayramova, 1985-ci il təvəllüdlü Amilə Gülmalıyeva və 1953-cü il təvəllüdlü Füruzə Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıblar, faktla bağlı araşdırma aparılır. Geri qayıt |