Əsas Səhifə > SİYASƏT > Energetika naziri Zərdabda vətəndaşları qəbul edəcək

Energetika naziri Zərdabda vətəndaşları qəbul edəcək


Dünən, 11:40


Energetika naziri Pərviz Şahbazov dekabrın 19-da Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Bərdə və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.

Şəffaflıq.az Eneregetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ6300, Zərdab şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov; əlaqə telefonları: (+99420) 255-51-85, (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]), Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov, əlaqə telefonu: (+99424) 273-37-01, (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) və İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.


Geri qayıt